Tolikdən həmkarına ağır sözlər: Azərbaycanda bayağı verilişlərin kralı Zaur Kamaldırbackend

Tolikdən həmkarına ağır sözlər: Azərbaycanda bayağı verilişlərin kralı Zaur Kamaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məşhurların efirlərdə şəxsi həyatından danışmasını istəyən elə tamaşaçılardır. Gəlin, bu faktla razılaşaq, bu gün bir müğənni çıxıb desə ki, filan mahnını oxumuşam, filan yerdə klip çəkdirmişəm, heç kəs oxumayacaq, mədəniyyət xəbərləri dünyanın heç bir yerində gündəm olmur…”

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) deyib. Bu gün efirlərdə müğənnilərin şəxsi həyatları, var-dövləti, qalmaqalları ilə daha çox gündəmə gəlməsi ilə bağlı danışan aparıcı bunun məhz tamaşaçıların tələbi olduğunu bildirib:

“Hansısa muzeydən məşhur əsər oğurlanıbsa, 1-2 gün gündəm olar, amma rəssamlar yeni əsərləri barədə danışsa, heç kəs oxumur.

Necə ki, bu gün sosial şəbəkələrdə oturanlar yazırlar ki, bu necə Xalq şairidir ki, azərbaycanca danışa bilmir deyə müzakirələr aparırlar. Bu günə qədər Çingiz Abdullayevin bir əsərini belə oxumayanlar indi onun barədə müzakirə aparırlar. Çingiz Abdullayevin kim olduğunu bilməsələr də, onun jurnalistlə qalmaqalından yazırlar. Çünki tamaşaçıya Tolikin evinin içi, Röyanın, Aygünün paltarının qiyməti, Şəbnəmin ərinin ona aldığı hədiyyə, 350 minlik maşını maraqlıdır. Bir jurnalist çıxıb araşdırmır ki, bu maşın neçənci ilindir, doğrudanmı qiyməti 350 mindir? Söhbət Şəbnəm Tovuzludan getmir, ümumiyyətlə, müğənnilər yalandan özlərini imkanlı göstərməyə çalışırlar. Bir dəfə jurnalistlər onların yalanlarını üzə çıxarıbmı? Deyirlər maşınımın qiyməti 350 mindir. Bu maşının bazar qiyməti neçəyədir, axı sən ona pul verib təzəsini almamısan, niyə insanları aldadıb qıcıqlandırırsan? Camaat da fikirləşir ki, mən aliməm, həkiməm, müəlliməm, amma mənim adi bir maşınım yoxdur, bunlar isə hərəsi əlinə bir mikrofon alıb oxuyur, 350 minlik maşınları var”.

Həmkarı Zaur Kamal barədə danışan Tolik onun “bostanına daş atmağı” da unutmayıb: “Bu gün bayağı verilişlərin kralı Zaur Kamaldır. Fikir verin, o, məşhurları hər efirə çıxaranda sual verir ki, bağını neçəyə aldın, maşının neçəyədir, ərin sənə filan şeyi neçəyə alıb? Bu insanları qıcıqlandırır və xoşlarına gəlir. Zaur bunları edib sonra çıxıb nə dövlətçilikdən, nə də Azərbaycan mədəniyyətindən danışa biləcək adam deyil. Lap 20 il də aparıcılıq etsə, heç nə dəyişməyəcək, Zaur bayağı aparıcılardan biridir, bunu hamı bilir. Nə olsun ki, ölkə üzrə ən reytinqli şou verilişini aparır, ən çox sponsoru olan verilişin aparıcısıdır? Bir dəfə görmüsünüzmü hansısa ciddi şəxsi verilişinə qonaq qismində dəvət etsin? Mənim verilişimə Aleksandr Şarovski gəlib. Siz Zaurdan soruşsanız ki, Şarovski kimdir, o bilməyəcək. Zaur bilmir ki, Azərbaycan Rus Akademik Teatrında Şarovski soyadını daşıyan aktyor var, yəhudi əsillidir, həyat yoldaşı da aktrisadır. Bilməyəcək. Onu da qınamıram, Zaur görür ki, camaata maraqlı olan Vəfa Şərifovanın 350 minə bağ almasıdır. Ay başına dönüm, sən bununla istedadlı insanları qıcıqlandırırsan. Camaat da bunu görmək istəyir”.

Teleaparıcı maarifləndirici proqramların reytinq vermədiyini qeyd edib: “Adicə misal çəkəcəyəm, o gün Vəfanın doğumundan sonra gedib onu çəkdik, efirdə verdik, mənim verilişim qaldı qıraqda bütün saytlar, sosial şəbəkələr ondan yazdılar. İnsanlara maraqlı olan budur, onlara konsertlər, tədbirlər, maarifləndirici verilişlər maraqlı gəlmir. Bəzən mənə deyirlər ki, Tolik, maarifləndirici veriliş apar, deyirəm ki, axı bu reytinq vermir, elə ki, boşanmış, arvadını döyən biri efirə çıxır hamı başlayır ona baxmağa. Bu tək Azərbaycanda belə deyil. Tamaşaçı nə istəyirsə, biz də onu veririk. Camaat onu istəyir. Sosial şəbəkələrə nəzər salın, vətənpərvərliklə, qazi, şəhidlərimizlə bağlı nə isə paylaşılır cəmi 15-20 nəfər bəyənir, amma bir müğənninin şəklinin altında 1000 şərh olur. Mən istəmirəm şəhidlərimizin adını “İstagram”da fenomen olan, kişi ya arvad olduğu bəlli olmayan insanlarla yanaşı çəkim. Amma mənzərə belədir. Vətən uğrunda canını qurban verənlərə 1000 nəfərin girib “Allah rəhmət eləsin” yazmağa əlləri gəlmir! Bu gün Aygün Kazımovanın evini, Röyanın maşınını, Şəbnəmin, Damlanın geyimini saatlarla müzakirə edirlər. Bizim zəifliyimiz budur. Biz yalandan vətənpərvərik, hamısı dildədir. Deyirlər qaziləri efirinə çağır, ay balam, çağırmışam da, dəfələrlə qazilər qonağım olub, bəs niyə baxmırsınız?! Niyə qazilərlə paylaşdığım şəklə “like” gəlmir, amma hansısa müğənni ilə şəklimə 15 min “like” gəlir?! Axı onlar vətənə görə sağlamlıqlarından olublar. Bizim insanlarımızın çoxunda vətənpərvərlik hissi yalandandır. Onlar bunu yalnız göstəriş üçün edirlər”.