Tolikdən maraqlı AÇIQLAMA: Cəbhədə Kamilin yeri görünürbackend

Tolikdən maraqlı AÇIQLAMA: Cəbhədə Kamilin yeri görünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) həbs edilən idmançı Kamil Zeynallı barədə danışıb.

NOCOMMENT xəbər verir ki, sosial şəbəkə hesabında Kamillə cəbhədən görüntüsünü paylaşan Tolik onun yerinin göründüyünü qeyd edib: “Kamilin yeri görünür. Bayaqdan instaqramda baxıram, hamının əlinə hay düşüb, klip çəkdirən kim, şeir deyən kim, əsgər geyimində fotosessiya etdirən kim. Bir sözlə, gic-gic mahnılara, kliplərə verdiyinizi əsgərlərimizə, ordumuza verərdiniz. Allah xalqımızı, əsgərlərimizi duzsuz manıs tayfasına möhtac eləməsin”.

Xatırladaq ki, Kamil Zeynallı sosial şəbəkə hesabında qadağan edilən informasiyaları, foto və videogörüntüləri yaydığına, İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə, Füzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs edilib.