“Tomaqavk” raketləri Ukraynaya çatdırılarsa… – ABŞ-la Rusiya arasında yeni mərhələbackend

“Tomaqavk” raketləri Ukraynaya çatdırılarsa… – ABŞ-la Rusiya arasında yeni mərhələ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzaq mənzilli “Tomaqavk” raketləri müasir silah olmasa da, hələ də kifayət qədər güclüdür”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclasında çıxışı zamanı deyib .

Putin qeyd edib ki, “Tomaqavk” raketlərinin Ukrayna ordusuna mümkün tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək:

“”Tomaqavklar”ın Kiyevə çatdırılması Moskva və Vaşinqton arasında münasibətlərə xələl gətirəcək. Çünki bu raketlərin Amerika hərbçilərinin iştirakı olmadan istifadəsi mümkün deyil. Bu da eskalasiyanın tamamilə yeni mərhələsi demək olacaq”.