Toni Kroos karyerasını başa vururbackend

Toni Kroos karyerasını başa vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”lə müqaviləsi başa çatan Toni Kroos sürpriz qərar verib.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, Kroos AVRO-2024-dən sonra futbolu tərk edəcəyini açıqlayıb.

Sosial media hesabından açıqlama verən 34 yaşlı Toni Kroos AVRO-2024-dən sonra futbolçu karyerasını bitirəcəyini bildirib.

“17 iyul 2014-cü il. “Real Madrid”ə transferim elan edildiyi və həyatımın dəyişdiyi o gün. Futbolçu kimi, üstəlik bir insan olaraq. Dünyanın ən böyük klubu ilə yeni dövrə başlamışdım. 10 ildən sonra bu era bitmək üzrədir. Bu inanılmaz uğurlu dönəmi heç vaxt unutmaram. Məni ürəkdən qucaqlayan və mənə inanan hər kəsə təşəkkür edirəm. Bu qərar həm də AVRO-2024-dən sonra futbolu tərk edəcəyim anlamına gəlir. “Real Madrid” mənim son klubum olacaq. Bundan sonra yalnız bir hədəf var – 15-ci Çempionlar Liqası. “Hala Madrid y Nada Mas!” – futbolçu qeyd edib.