Tonoyanın avqustda imzaladığı hücum planı – Videobackend

Tonoyanın avqustda imzaladığı hücum planı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək səviyyəli mənbələrdən (Azərbaycandan deyil) mənə dedilər ki, 27 sentyabr 2020-ci ildə ilk olaraq məhz Ermənistan silahlı qüvvələri Azərbaycan tərəfini artilleriya və reaktiv yaylım atəş sistemlərindən istifadə etməklə, bədnam “Tonoyan doktrinası”na güvənərək atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bölüşüb.

Onun sözlərinə görə, bu təxribat 2020-ci ilin avqustunda Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb və təsdiq edilib:

“İrəvanda düşünürdülər ki, erməni tərəfinin təşəbbüsü ilə başlanan atışma beş-altı gün davam edəcək, bununla da hər şey başa çatacaq. Ermənistan cəmiyyəti isə növbəti dəfə “Afərin bizim ordumuz”, “Yenilməz erməni əsgəri” deyərək sevinclərini nümayiş etdirəcək. Bir sözlə, 2020-ci ilin sentyabrında ermənilər qoçuluq etmək istədilər.

Ermənistan Azərbaycanı təzyiqdə saxlamaq istəyirdi. Buna cavab olaraq Bakıda təxribatçının tam cəzalandırılması qərara alındı – “Dəmir yumruq” əks-həmlə əməliyyatına başladı. Ermənistan Müdafiə Nazirliyi hərbi əməliyyatların beşinci günündə qoşunların mərkəzləşdirilmiş idarəetməsini tam olaraq itirdi. 44 gündən sonra erməni ordusu darmadağın edildi, İrəvan isə kapitulyasiya etməyə məcbur oldu”.

Axar.az