Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan Elmi Şuranın tərkibindən çıxarıldığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən xəbərdarlıq edilmədən və səsvermə keçirilmədən elan olunub.
Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa olaraq səhiyyə nazirliyinin tapşırığı olduğu deyilib.
Professorun sözlərinə görə, elmi Şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçilib eyni qaydada da çıxarılmalıdır. Bu prosedura da əməl edilməyib.
Elmi şuradan çıxarılan bir digər professor, ümumi cərrah Zərraf Şirinov da deyir ki, ona hansı səbəbdən elmi şuradan uzaqlaşdırıldığı haqqında məlumat verilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













