“Torbalara yığılaraq divardan asılıb” – Mehdiabadda məişət tullantıları PROBLEMİ – VİDEObackend

“Torbalara yığılaraq divardan asılıb” – Mehdiabadda məişət tullantıları PROBLEMİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məişət tullantıları torbalara yığılaraq divardan asılıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi küçələrdə isə tullantıların vaxtında daşınmadığı iddia olunur. Görüntülər Abşeronun Mehdiabad qəsəbəsindəndir.

Sakinlər qəsəbəsdə məişət tullantılarının vaxtında daşınmadığını deyirlər. Onların sözlərinə görə, zibiltoplama xidməti həftədə iki dəfə tullantıları götürməlidir. Lakin bəzi hallarda bu qaydaya əməl olunmur.

Sakinlər bildirirlər ki, zibil qutuları bəzi ərazilərdə ümumiyyətlə yoxdur. Onlar da tullantıları evlərinin qarşısındakı divarlardan asmaq məcburiyyətində qalırlar. Bu isə həm qəsəbənin mənzərəsini korlayır, həm də yay mövsümündə qoxu və gigiyena problemlərinə səbəb olur.

Məsələ ilə bağlı Mehdiabad qəsəbə bələdiyyəsindən “Xəzər Xəbər”ə bildirildi ki, sakinlərin şikayəti tam əsassızdır. Ərazidə MMC tərəfindən yeni sistem yaradılıb. Bu da məişət tullantılarının daha rahat və ekoloji baxımdan yığılmasına şərait yaradır.

Bələdiyyədən o da bildirildi ki, qəsəbədə yaşayan 17 min əhalidən yalnız qeydiyyatda olan 1756 ev məişət tullantılarının pulunu verir. Tullantıların yığışdırılması zamanı gecikmələr də məhz bu səbəbdəndir. Maddi sıxıntılar var və sakinlər üzərlərinə düşən rellaşdırmaq istəmirlər. Texnikalar sıradan çıxan zaman onların təmirinə kifayət qədər vəsait tələb olunur. Sakinlərin hər biri məişət tullantıları üçün lazımı məbləği ödəsə, ərazidə hər hansı bir problem yaşanmaz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.