Torpağın altında qalan şaxtaçılar XİLAS EDİLDİbackend

Torpağın altında qalan şaxtaçılar XİLAS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dnepropetrovsk vilayətində rusların top atəşləri nəticəsində yerin altında qalmağa məcbir olan 3 minə yaxın şaxtaçı xilas edilib.

NOCOMMENT UNİAN-a istinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko öz teleqram kanalında məlumat verib .

“Krivoy Roqda və Pavloqrad vilayətində xilasetmə əməliyyatları başa çatıb. Xilasedicilər müəssisələrin işıqlarının kəsilməsi səbəbindən şaxtalarda qalan 3 minə yaxın işçini çıxarıblar”, – o, qeyd edib.

Rezniçenkonun sözlərinə görə, energetiklər enerjinin bərpasını davam etdirirlər. Rayonda istehlakçıların 50%-ə qədəri artıq elektrik enerjisinə malikdir.