Torpaq bazarında canlanma: Tikinti materiallarının qiymətində artım gözlənilir? – VİDEObackend

Torpaq bazarında canlanma: Tikinti materiallarının qiymətində artım gözlənilir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda torpaq bazarında canlanma gözlənilir.

NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, mövsümlə əlaqədar ölkədə torpaq sahələrinə təlabat yenidən artacaq.

Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə əsasən yaz və yay aylarında üstünlük verildiyi üçün torpaq alqı-satqısında aktivlik müşahidə edilir.

Ekspert bildirib ki, tələbatın artması torpaq bazarında qiymətlərə də təsir edəcək. O qeyd edib ki, son vaxtlar bölgələrdə də torpaq sahələrinə maraq artıb.

Ekspert onu da əlavə edib ki, qarşıdakı aylarda tikinti materillarının qiymətində də artım gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.