Torpaq müqəddəsdir, belə alçaqları orda basdırmaq olmaz – Nadir əsəbləşdibackend

Torpaq müqəddəsdir, belə alçaqları orda basdırmaq olmaz – Nadir əsəbləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən dəfələrlə təcavüzə məruz qalaraq uşaq dünyaya gətirməsi bütün ölkəni silkələdi. Xəbər ictimaiyyətdə böyük qəzəb doğurdu. Əksəriyyət bu cür iyrənc olayı törədən şəxslərə ölüm hökmü tətbiq edilməsi haqda fikirlər səsləndirdi.

Ümumiyyətlə, hər dəfə uşaqlarla bağlı cinsi zorakılıq cinayətləri baş verdikdə ölüm hökmünün bərpası haqda müzakirələr qızışır.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə sözügedən hadisə qarşısında donduğunu etiraf edib:

“Vallah, mən bu vəziyyətdə o qədər acizəm ki… Bilmirəm nə deyim, nə danışım, deməyə heç bir şərh yoxdur. Bu insanlığa sığan bir şey deyil, kişiliyi, ümumiyyətlə, bir kənara qoyuram, onda zatən kişilik yoxdur. Mən susmuşam, hadisə qarşısında sadəcə olaraq donmuşam. Bu insan deyil! Bu adam heç şeytan da deyil. Nə məxluqdur bilinmir”.

Sənətçi hadisənin baş verməsində 11 yaşlı uşağın anasını günahkar hesab edib:

“Bilirsiniz, mən ən böyük günahı qızın anasında görürəm. Qızın anası uşağı yad kişinin yanında qoyub gedir. Heç kişi deməyə də adamın dili gəlmir. Balaca qızı yad adamın yanında qoyub getmək də düzgün deyil. Bilmirsən, heç nə deyəsən. Nə cür danışsan, başlayırlar səni qınamağa. İnsanları anlamaq olmur. Ona görə ən gözəli susmaqdır. Bu hadisə nə yerə, nə göyə sığır. Bəziləri balaca qıza təcavüz edənin öldürülməsini tələb edir. Amma onu öldürsəniz, cəsədi belə torpaq üçün deyil. O torpağa Vətən üçün qanını tökən şəhidlər dəfn olunub, həmin torpaq müqəddəsdir, belə alçaqları orda basdırmaq olmaz”.