Torpaq sürüşməsi: 4 ev yararsız hala düşübbackend

Torpaq sürüşməsi: 4 ev yararsız hala düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinopun Ayancık rayonunda leysan sonrası meydana gələn sürüşmədə 4 evə ziyan dəyib.

NOCOMMENT xəbər verir ki, bölgəyə yağan leysandan sonra rayonun Uzunçam kəndinin Köprübaşı Məhəlləsində torpaq sürüşməsi baş verib. Sürüşmə məhəllədə 4 evi yararsız hala salıb.

Torpaq sürüşməsi nəticəsində evi böyük ziyan görən Cemal Aslan Anadolu Agentliyinə (AA) bildirib ki, qonşuları və muhtarın köməyi ilə evi tərk edib.