Torpaq sürüşməsi nəticəsində 5 nəfər öldübackend

Torpaq sürüşməsi nəticəsində 5 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandada gecə saatlarında baş verən sürüşmədə ilk təsbitlərə görə 5 nəfər həyatını itirib.

NOCOMMENT xəbər verir ki, Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən yazılı açıqlamada ölkənin şərqindəki Bulambuli bölgəsində torpaq sürüşməsinin baş verdiyi bildirilib. Açıqlamada gecə saatlarında baş verən hadisədə ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, yuxuda yaxalananlardan 7-ni hələ də xilas etmək mümkün olmadığı bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə rayon sakinlərinin öz gücləri ilə yerin altında qalanları xilas etməyə çalışdıqları görülüb. Yerin altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.