Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıbbackend

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Natuna adalarında leysan yağışlardan sonra baş verən sürüşmədə can itkisi artır.

NOCOMMENT.az xəbər verir ki, Milli Fəlakətlərin Azaldılması Agentliyindən verilən açıqlamaya görə sürüşmə nəticəsində həyatını itirənlərin sayı 21-ə yüksəlib.

Məlumata görə itkin düşən 33 nəfərin bölgədə axtarış-xilasetmə işləri davam edir.

Rəsmilər sürüşmə səbəbindən bölgədə 1300 nəfərin sığınacaqlara yerləşdirildiyini və ölənlərin sayının arta biləcəyini bildirib.