Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıbbackend

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda martın 27-də baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 56-ya yüksəlib. Ölkə ərazisində baş verən sürüşmə nəticəsində 163 evə ziyan dəyib, 60 ev tamamilə dağılıb.

NOCOMMENT xəbər verir ki, Ekvador Milli Risk İdarəetmə Katibliyi Çimborazo əyalətinin Alausi qəsəbəsindəki sürüşmədə yeni cəsədlərin aşkar edildiyini açıqlayıb.

Təbii fəlakətdə həyatını itirənlərin sayının 56-ya yüksəldiyi və itkin düşənlərin axtarışlarının davam etdiyi paylaşılıb.

Səlahiyyətlilər hələ də yerin altında daha 30 nəfərin olduğunu və cəsədlərə çatmaq üçün ciddi iş aparıldığını bildirib.