“Tost”un idarəçiləri pulu götürüb ARADAN ÇIXDILAR – Minlərlə azərbaycanlı ziyandadırbackend

“Tost”un idarəçiləri pulu götürüb ARADAN ÇIXDILAR – Minlərlə azərbaycanlı ziyandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tost” maliyyə piramidasının idarəçiləri bütün vəsaiti götürərək yoxa çıxıblar”.

 

NOCOMMENT.az bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

 

Onun sözlərinə görə, bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb: “Minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı. Çox sayda insan pərişan vəziyyətdə qalıb. Bu platformadan qazananlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır”.

 

F.Pərdəşünas bildirib ki, hazırda verilən zərər böyükdür və insanlar Daxili İşlər Nazirliyinə axın edəcək:

 

“Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımi tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək”.

 

Qeyd edək ki, ötən gün bununla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd olunub ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcək.