Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb – YENİLƏNİBbackend

Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

14:55

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Aşağı Quşçu kəndində baş verib.

Rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.