Tovuz Rayon İcra Hakimiyyətinin mənzil fondunun əsaslı təmiri ilə bağlı elan etdiyi tender ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmada iştirak etmək üçün tələb olunan şərtləri ödəyən və müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci maddə) tender baş tutmayıb.
Layihənin ehtimal olunan dəyəri 141 min 9 manat təşkil edirdi.
Təmir işlərinə su axıdan boruların quraşdırılması, asma novların qurulması, sinlənmiş metal vərəqlərin alınması, fasad divarının emulsiya ilə rənglənməsi, qum-sement məhlulu ilə suvanması, həmçinin dam örtüyünün beton tava ilə birləşən hissəsinin 0,5 metr hündürlükdə sökülməsi kimi işlər daxil idi.
Qeyd edək ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı hazırda Məmməd Məmmədovdur.