Tovuzda qadını minik maşını vurub.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü M.Tağıyevanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.