Tovuzda qadını avtomobil vurub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Volkswagen” markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.
Yaşlı qadın təcili tibbi yardım briqadası tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə polis əməkdaşları cəlb.
Faktla bağlı araşdırma aparılır.














