Tovuzda avtomobil qəzası can aldıbackend

Tovuzda avtomobil qəzası can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunun Hunanlar kəndində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.