Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Tovuz şəhərin Heydar Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Vaz -2106” markalı avtomobil ilə “Chevrolet” markalı avtomobil toqquşub. Toqquşmadan sonra “Chevrolet” yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Avtomobildə tüstüləmə baş verdiyinə görə hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Qəza nəticəsində “Chevrolet”in surücüsü – Tovuz rayon sakini 19 yaşlı Salman Məmmədov yüngül xəsarət alıb. Ona tibbi yardım göstərilib. Tez bir vaxtda avtomobillər hadisə yerindən götürülərək prospektdə nəqliyyatın hərəkəti bərpa edilib.
Faktla baglı araşdırma aparılır.













