Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.