Tovuz rayonunda bacı qardaşını döyüb.
NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini Tərxan Məmmədov (ad və soyad şərtidir) sərxoş vəziyyətdə evə gələrək, atasına məxsus mobil telefonun adapterini götürüb.
Atası Tərxandan cihazı tələb etsə də, o, adapter qaytarmayıb və nəticədə ata-oğul arasında mübahisə yaranıb. Hadisə zamanı Tərxan atasını söyüb. Bunu görən bacısı, 1988-ci il təvəllüdlü Fazilə Məmmədova (ad və soyad şərtidir) Tərxanı sakitləşdirməyə çalışsa da, Tərxan onu da söyüb. Nəticədə Fazilə Tərxana bir neçə yumruq zərbəsi endirib. Hadisə zamanı Tərxan sifət nahiyəsindən xəsarətlər alıb, 4 dişi qırılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.
Tovuz Rayon Məhkəməsində keçirilən məhkəmə araşdırması zamanı qardaş bacısı ilə barışıb. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fazilə cinayət məsuliyyətindən azad edilib.