Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ötən gün axşam saatlarında altı nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Z.Həsənov da xəstəxanada dünyasını dəyişib.
NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncədəki xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, 13 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.