Tovuzda dəhşətli qətl: əri qadını öldürdü, görüntü paylaşdı – VİDEO /YENİLƏNİBbackend

Tovuzda dəhşətli qətl: əri qadını öldürdü, görüntü paylaşdı – VİDEO /YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12:45

Tovuzda qətl olub.

NOCOMMENT.az qərb bürosunun məlumatına görə hadisə Əyyublu kəndində baş verib.

Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu qısqanclığa görə arvadı 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızını bıçaqlayıb.Qadın hadisə yerində ölüb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

***

Hadisəni törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər görülür.

***
Səbuhi Hacızadə Mətanət Hacızadəyə bıçaq zərbələri endirdikdən sonra video çəkib paylaşıb və əməlinə “haqq” qazandırıb.

Məlumata görə, cütlüyün üç azyaşlı övladı var.

Hadisə yerindən fotoları təqdim edirik: