backend

Tovuzda qatar piyadanı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 3-də saat 20 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.