Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb – YENİLƏNİB – FOTObackend

Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.

Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.

***

16.07

Tovuz şəhərində ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

16.00

Tovuzda ölümlə nəticələnən mübahisənin təfərrüatları məlum olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, fiziki qüsürlü şəxs ailə münaqişəsi zamanı anasını və bacısını batlalayıb.

Nəticədə ana ölüb, bacısı isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törədən fiziki qüsürlü şəxs polis şöbəsinə aparılıb.

***

15.51

Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ölən və xəsarət alan şəxslər qadın olub.

Onlara balta ilə xəsarət yetirilib.

Yanğın söndürülüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

15.32

Tovuz şəhərində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb.

Belə ki, rayon mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.