Tovuzda Şəhidi qurban kəsərək qarşıladılar – VİDEObackend

Tovuzda Şəhidi qurban kəsərək qarşıladılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonu Qaraxanlı kənd camaatı Vətən Müharibəsində 70 gün öncə itkin düşən və sonradan döyüşlərdə qəhramancasına şəhid olduğu müəyyən edilən həmkəndlisini olduqca qeyri-adi qarşılayıb. 

NOCOMMENT.az-a kənd camaatının verdiyi məlumata görə, Müddətdən Artıq Hərbi Xidmətdə (MAXE) olan 1995-ci il təvəllüdlü kiçik çavuş, şəhid Vəlixanov Rövşən Aydın oğlunu ailəsi həyətlərində qurban kəsərək qarşılayıb. 

şəhid Vəlixanov Rövşən Aydın oğlu
Şəhid Vəlixanov Rövşən Aydın oğlu

Müharibənin ilk günlərindən döyüşlərə qatılan Rövşən axırıncı dəfə sentyabrın 30-da ailəsinə zəng edərək danışıb. Oktyabrın 2-də Kəlbəcər istiqamətində döyüşlərə gedib və həmin gündən bir xəbər yox idi.

Allah rəhmət etsin.