Tovuzda xəstəxanalar “obed rejimində” – saat 1-dən sonra həkim tapılmır – VİDEObackend

Tovuzda xəstəxanalar “obed rejimində” – saat 1-dən sonra həkim tapılmır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz sakinləri dövlət xəstəxanalarındakı vəziyyətdən narazıdırlar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki,  onların sözlərinə görə, günorta saatlarından sonra tibb müəssisələrində həkim tapmaq demək olar ki, mümkünsüzdür.

Sakinlərin dediyinə görə, analiz vermək, çek almaq və ya müayinə üçün xəstəxanaya gələndə tez-tez “obed fasiləsinə düşürlər”. Amma əsas problem bununla bitmir – çox vaxt həkimlər fasilədən sonra işə qayıtmırlar.

“Səhər gəlirik, deyirlər həkim analizdədir, günorta gəlirik, bu dəfə deyirlər obedə çıxıb. Axırda da qayıtmır. Günün yarısı həkimsiz keçir,” – deyə Tovuz sakini bildirib.