Tovuzda xəstəxananın vurulması iddiası dezinformasiyadırbackend

Tovuzda xəstəxananın vurulması iddiası dezinformasiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkə istifadəçiləri Ermənistan ordusunun guya Tovuz Rayon Mərkəzi Xəstəxanasını vurması barədə informasiyalar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Oxu.Az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yayılan informasiyalar həqiqəti əks etdirmir.
Hazırda rayonda vəziyyət stabildir.

Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətindəki əməliyyat şəraiti Ordumuzun nəzarətindədir.

Qeyd edək ki, düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.