Tovuzdakı qətlin təfərrüatı məlum oldubackend

Tovuzdakı qətlin təfərrüatı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən gün Tovuzda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, rayonun Aşağı Öysüzlü kənd sakini 1985-ci il təvəllüdlü Ramilə Rüstəmova keçmiş həyat yoldaşı 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov tərəfindən öldürülüb.

NOCOMMENT xəbər verir ki, modern hadisə ilə bağlı bəzi detallar əldə edib.

Kənd sakinlərinin bildirdiyinə görə, Xaliq Rüstəmov keçmiş həyat yoldaşını evdə tək olarkən öldürüb.

Uzun müddət əvvəl ailə quran cütlüyün 10 və 12 yaşlı qızı ilə oğlu var. İllər sonra ailədə narazılıqlar yaranmağa başlayıb. Getdikcə pozulan münasibətlər zəminində ailə boşanmağa qərar verib. Bununla da Rüstəmovlar təxminən 3 ay əvvəl boşanıblar.

R.Rüstəmova uşaq yaşlarında atasını itiribmiş. O, ərindən boşanandan sonra anası və nənəsi ilə birgə yaşamağa başlayıb.

Uzun müddətdir işləmək üçün Rusiyaya gedən keçmiş ər 1 həftə imiş ki, Aşağı Öysüzlü kəndinə gəlibmiş. Onun kəndə həyat yoldaşı ilə barışmaq üçün gəldiyini də iddia edirlər. Qadın əri ilə barışmaq istəmədiyindən qəzəblənən keçmiş ər onu öldürmək qərarına gəlib.

Tovuz rayon prokurorluğunun yaydığı məlumata görə, noyabrın 15-də saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri,1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.