Toy edənlərin NƏZƏRİNƏ: Şadlıq sarayında saxta alkoqollu içkilər tapıldıbackend

Toy edənlərin NƏZƏRİNƏ: Şadlıq sarayında saxta alkoqollu içkilər tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şadlıq sarayında saxta alkoqollu içkilər aşkar edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirilən monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.