Toy karvanlarını motosikletlə pullu müşayiət xidməti barədə elan yayan şəxs saxlanıldıbackend

Toy karvanlarını motosikletlə pullu müşayiət xidməti barədə elan yayan şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sosial şəbəkələrdə qanunsuz çağırışlar edən şəxs saxlanılıb.

Bu barədə NOCOMMENT.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı sakini, 1993-cü il təvəllüdlü Məmmədağa Quliyev sosial şəbəkədə toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə məlumat verib və çağırış edib:

“Dərhal polis əməkdaşları araşdırma apararaq həmin şəxsi aşkarlayıb. Daha sonra Məmmədağa Quliyev saxlanılıb”.

“Məmmədağa Quliyevə izah olundu ki, belə hərəkətlər “Yol hərəkəti haqqında” qanunun tələblərinin təhrif edilmiş formada təbliğatıdır. Yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olan faktlardır. Belə hallar yolverilməzdir”, – V.Əsədov bildirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan M.Quliyev etdiyi əməlindən peşman olduğunu bildirib.