Toy mərasiminin SONU: Bəy polisə aparıldı, məhkəməlik oldu – FOTObackend

Toy mərasiminin SONU: Bəy polisə aparıldı, məhkəməlik oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada toy mərasimi təşkil etmək istəyən şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək, toy mərasimini dayandırıblar.

Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.

E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün yeddi nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.