Toy STATİSTİKASI: Bayram günlərində 14 nəfər cərimələnibbackend

Toy STATİSTİKASI: Bayram günlərində 14 nəfər cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günlərində toylara görə 14 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, qeyri-iş günlərində – 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 5-dək DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 669 toy şənliyinin monitorinqini həyata keçiriblər.

Monitorinq 676 şadlıq sarayında, 19 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 139 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.