Toy STATİSTİKASI: Bayram günlərində 5 nəfər cərimələnibbackend

Toy STATİSTİKASI: Bayram günlərində 5 nəfər cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günlərində Azərbaycanda toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın 1-2-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 295 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 93 nəfər COViD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.