Toy STATİSTİKASI: Geri qaytarılanların sayı azalmırbackend

Toy STATİSTİKASI: Geri qaytarılanların sayı azalmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 179 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, monitorinq 171 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər COViD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.