TOY STATİSTİKASI: Hələ də şənliyə buraxılmayanlar varbackend

TOY STATİSTİKASI: Hələ də şənliyə buraxılmayanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən NOCOMMENT-ə verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 33 nəfər COViD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.