Toy STATİSTİKASI: Onlarla şəxs şənliyə buraxılmadıbackend

Toy STATİSTİKASI: Onlarla şəxs şənliyə buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün 30 nəfər şənliyə buraxılmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın 7-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Qeyd edilib ki, 30 nəfər COViD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.