Toy STATİSTİKASI: Üç nəfər cərimələnibbackend

Toy STATİSTİKASI: Üç nəfər cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycanda toylara görə 3 nəfər cərimələnib, şadlıq sarayının sahibinə cinayət işi açılıb.

DİN Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, dekabrın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 235 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 232 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.