Toy STATİSTİKASI: Yüzdən çox insan şənliyə buraxılmayıbbackend

Toy STATİSTİKASI: Yüzdən çox insan şənliyə buraxılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 131 nəfər COViD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.