Toy STATİSTİKASI: Yüzədək şəxs şənliyə buraxılmayıbbackend

Toy STATİSTİKASI: Yüzədək şəxs şənliyə buraxılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftəsonu toylara görə 8 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın 8-9-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 617 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 611 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 98 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.