Toya gedən ailə dəhşətli qəzaya düşdü: Ölənlər var

Toya gedən ailə dəhşətli qəzaya düşdü: Ölənlər var

Ötən gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir-Bəhramtəpə yolunun Xocavənd qəsəbəsi ərazisindən keçən 98-ci kilometrliyində “VAZ” markalı avtomobil “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən ölüblər.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub. Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmişlər.

Faktla bağlı araşdırmalar aparılır.