Toya gələn qohumlar qəzaya düşdülər – 7 yaralıbackend

Toya gələn qohumlar qəzaya düşdülər – 7 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Ələt yolunun 54-cü kilometrliyində baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, yaralılardan 6-sı qadın, 1-i kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.