Toya hazırlaşan gəncin dəhşətli qətli – TƏFƏRRÜATbackend

Toya hazırlaşan gəncin dəhşətli qətli – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda sosial şəbəkədə yaranan mübahisə dəhşətli qətlə nəticələnib.

NOCOMMENT.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Dağıstan İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 12-də internetdə gənclər arasında mübahisə yaranıb. Onlar Xasavyurtda görüşüb məsələni üzbəüz həll etmək qərarına gəliblər. Axşam saatlarında tərəflər Mahaçqala şossesində yerləşən mağazanın yaxınlığında görüşüblər. Onların hər ikisi xəbərdarlıq etmədən hadisə yerinə dostlarını da gətirib.

Əvvəlcə dəvət olunanlar mübahisəyə qarışmayıblar, sadəcə iki nəfərin təkbətək döyüşünü izləyiblər. Döyüş o qədər gərgin keçib ki, dostları əsəblərinə hakim ola bilməyib və dava kütləvi xarakter alıb. İştirakçılardan birinin bıçaq çıxarması ilə vəziyyət daha da qəlizləşib.

Sosial şəbəkədə mübahisə edən gənclərdən biri digərini – 25 yaşlı oğlanı bıçaqlayıb. Videodan aydın görünür ki, soyuq silah çıxaran şəxs qaçaraq arxadan rəqibinə bıçaqla ən azı üç zərbə endirib. Zərərçəkən yaralı halda mağazaya qaçıb, dostları onu oradan xəstəxanaya aparıblar. Lakin çoxlu qan itirdiyindən 25 yaşlı gənc xəstəxanada keçinib.

Faktla bağlı ölümə qəsd maddəsi ilə cinayət işi başlanıb. Şübhəli saxlanılıb, onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Yerli mətbuatın yazdığına görə, mərhum bu ayın sonunda evlənməli imiş. Sosial şəbəkədə yaranan mübahisənin səbəbi məlum deyil.