Son günlər sosial şəbəkələrdə tanınmış vəkil Aslan İsmayılovun olduğu bir video tirajlanır.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, toy məclisidir, Aslan İsmayılov çıxış edir. Bu zaman sərxoş toy iştirakçısı gəlir və vəkilin yanında dayanan şəxsə iki şillə vurur.
Dekorasiyadan toy məclisinin bir neçə il əvvələ aid olduğu məlum olur.
Yayılan görüntülərlər bağlı Aslan İsmayılovla əlaqə saxladıq. Vəkil bildirdi ki, görüntülər 6-7 il əvvəl Ağstafa rayonunda çəkilib. Yayanlar isə onunla düşmənçilik edən şəxslərdir. O bu məsələdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi və şöbə müdiri Əli Həsənovu ittiham elədi.