Toydan çıxan qadını avtomobil vuraraq öldürübbackend

Toydan çıxan qadını avtomobil vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Xaçmaz rayon sakini, 59 yaşlı Nigar Səfərəliyevanı “VAZ” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisə N.Səfərəliyeva Ağalıq kəndində toy məclisindən çıxan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.