Toydan sərxoş çıxan gənc həmkəndlisini arvadının gözü qarşısında öldürdü – AĞIR CƏZAbackend

Toydan sərxoş çıxan gənc həmkəndlisini arvadının gözü qarşısında öldürdü – AĞIR CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda tanışını öldürməkdə təqsirləndirilən Eltac Çələbiyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

NOCOMMENT.az-ın Pravda.az-a istinadən əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

Şikayət hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu Samux rayonu Burunqovaq kəndi ərazisində şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü İbrahimov Muraz Rəhim oğlunu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Eltac Çələbiyev hadisə günü kənddə iştirak etdiyi toy məclisində spirtli içki qəbul edib. O, mağarın qarşısında dayanarkən həmin vaxt həmkəndlisi Muraz İbrahimovun arvadı ilə birlikdə toy məclisindən çıxıb getdiklərini görüb. Sonra təqsirləndirilən şəxs onların arxasınca gedib mağardan 60 metr məsafədə küçədə üzərində gəzdirdiyi bıçaqla onu hədələyib nalayiq söyüşlər söyüb. Nəticədə Eltac onu arvadının gözü qarşısında bıçaqlayaraq öldürüb.