Toyların keçirilməsi ilə bağlı yeni AÇIQLAMAbackend

Toyların keçirilməsi ilə bağlı yeni AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Havaların isti olmasını nəzərə alaraq açıq havada toy və şadlıq məclislərini keçirməsi mümkün ola bilər”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri “ARB24″də yayımlanan “İş Vaxtı” verilişində qonaq olan Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat əlavə edib ki, bu məsələdə say çox önəmlidir: “Say məsələsi və məsafə saxlamağa diqqət edilməlidir. Həmçinin əl gigiyenasının da çox önəmi var. Bundan əlavə əvvəlki sayları göz önündən çıxarmalıyıq. Say artdıqca insanların yoluxma riski çox olur. 80-100 nəfərin açıq havada toplanması istiqamətində addımlar ata bilərik”.