“Toyota”nın baş ofisində axtarış aparılıbbackend

“Toyota”nın baş ofisində axtarış aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın İctimai Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi avtomobil məlumatlarının saxtalaşdırılması səbəbindən Yaponiyanın ən böyük avtomobil konserni olan Toyota-nın baş ofisində axtarışlara başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yaponiya Nəqliyyat Nazirliyi bundan bir gün əvvəl bildirib ki, mövcud məlumatlara əsasən, “Toyota”da avtomobillə toqquşma zamanı piyadaların mühafizəsi sisteminin sınaq hesabatlarında  (o, Corolla Axio, Corolla Fielder və Yaris-də quraşdırılıb) saxta məlumatlar aşkar edilib.

Bundan əlavə, nazirlik “Mazda” və “Honda” ilə bağlı araşdırma aparmaq niyyətindədir. Qaydaları pozanlar arasında “Suzuki” və “Yamaha” brendlərinin də olduğu qeyd edilir.

Bu arada Mazda-nın qəza testi məlumatlarını saxtalaşdırdığı aşkarlanıb. Lakin Suzuki artıq istehsalı dayandırılmış modelin əyləc sisteminin sınaqlarının nəticələri barədə yalan danışıb.